Günün qoroskopu
24.1.2013

Qoç - maddi durumunuzda irəliləyiş olacaq, maliyyə məsələlərindən bəziləri həllini tapacaq. İşlərdə enerjili olun, eyni vaxtda bir neçə istiqamətdə çalışın.

Borcunuzu tam olmasa da, qismən qaytarın: sözün hərfi və məcazi mənasında.
İstəklərinizi dəqiq və aydın izhar edin.
Tanışlarla ünsiyyəti genişləndirin, nəzərdə tutduğunuz işi maliyyələşdirəcək adamı axtarın.

Peşəkar maraqlarınız ünsiyyət və ala biləcəyiniz informasiya məkanı ilə müəyyənləşir.
Şəraitdə çaşıb qalmayın, düzgün həllə can atın.

Buğa - ulduzlar sizə hamilik edəcəklər. İstəkləriniz, mühüm planlar və önəmli münasibətlər barədə düşünün. Dostlarla birlikdə vaxt keçirmək üçün düşərli gündür.

Kiminsə faydalı təcrübəsindən yararlanmaq, ya da kiminləsə təcrübənizi bölüşmək vaxtıdır.

Planlarınızdan birini gerçəkləşdirin. Yaradıcılıqla məşğul olun, işdə və evdə düzəni normaya salın.
Səhhətinizə laqeyd qalmayın.
Vitamin çatışmazlığına yol verməyin.

Əkizlər - sakit gündür. Bir qədər istirahət etmək, sakit davranmaq olar. Özünüzə, xarici görkəminizə yetərincə diqqət ayırın.

Gəzintiyə çıxın, rəğbət bəslədiyiniz insanlardan biri ilə görüşün, ya da sadəcə, maraqlı kitab oxuyun.

Hisslərinizə aydınlıq gətirmək üçün əlverişli gündür.
Gözlənilməz görüş, məktub, telefon zəngi istisna deyil.

Ulduzlar sizi gərəkli insanla görüşdürmək istəyir və bu görüşü təşkil edir.

Xərçəng - hadisələr sakit, gərginlik olmayan fonda inkişaf edəcək.

İşdə gecikmə, konkret məsələnin təxirə düşməsi mümkündür. Yeni xəbər və informasiya isə gecikəcək. Fəqət daxili harmoniya hissi sizə səbrli davranmağa, diqqəti daha xoş işə yönəltməyə, emosiyaları ətrafınızdakı insanlarla bölüşməyə imkan verəcək.

İşdə diqqəti konkret, praktiki, xeyir və gəlir vəd edən məqama yönəldin. İndi olmasa da, perspektiv üçün irəliləyiş müstəvisi hazırlayın.

Axşam saatları istirahət üçün ideal zamandır. İstəklərinizi gerçəkləşdirin, qətiyyətli olun.

Şir - həyatda başqasının kölgəsində yaşamaqdansa, çətinlik çəkmək olsa belə, öz istədiyiniz hərəkətləri etmək və məqsədə nail olmaq daha əfsəldir.

Sakit davrandıqca qorxaq olduğunuzu düşünənlər var. Tələsməyin, kimsəni nəyəsə inandırmağa çalışmayın. Bir işi seçin və onu reallaşdırmaq üçün maksimal səy göstərin. Çatdırmasanız, yardım istəyin.

Bu gün istək və tələbləriniz nəzərə alınacaq. Olaylara süni təkan verməyin. Yaxın ətrafınızdakı insanlara da təşəbbüslə çıxış etməyə imkan verin.
Xarici görkəminizin qayğısına qalın.

Qız - gün sizə xoş anlar vəd edir. Lakin ətalətli olmayın, aktivlik nümayiş etdirin, çalışın, zəhmət çəkin. Etibarlı tərəfdaşlar və maraqlarınızın üst-üstə düşdüyü insanlarla birgə işlər görməyə can atın.

Əşya və nəsnələrin qaydaya salınması günün tələblərindən biridir.
Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektiv məqamları nəzərdən keçirmək olar.

Qarşılıqlı anlaşma üçün indi təhlil və müzakirələrə ehtiyac yoxdur. Əsas məsələ səmimi olmaq, eyni zamanda maraqlarınızın tapdanmasına və hüquqlarınıza təzyiqə imkan verməməkdir.
Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.

Tərəzi - məqsəd və məramlarınızdan birini indi reallaşdıra bilərsiniz. Ən sadə işdən tutmuş, sevimli məşğuliyyətədək seçim imkanı var.

Alış-veriş üçün düşərli gündür. Paltar, ayaqqabı, ev üçün interyer əşyaları almaq, ərzaq ehtiyatını artırmaq olar.

Praktiki mənaya malik ideya və fikirlər olacaq. Söhbət və ünsiyyət zamanı qiymətli layihənin ilkin işartılarını görə bilərsiniz.

Axşam saatlarını ailə ilə birlikdə keçirin. Dəvət olunmuş yerə yollanmaq, gəzinti, qonaq qəbul etmək pis deyil.
İstənilən forma və intensivlikdəki fiziki işlər faydalıdır, izafi gərginliyi aradan qaldıracaq.

Əqrəb - asta ritmli, hadisələrin asanlıqla ehtimal olunduğu gündür. Söhbətlərdə və görüşlərdə eynən maddi, maliyyə məsələlərindən bəhs olunacaq.

Faydalı əlaqələrin məqsədlərini ətrafında birləşdirilməsi üçün müstəsna zəhmət çəkin, ağır işdən və müzakirədən qorxmayın.
Maraqlı görüş, tanışlıq və ya tədbirdə iştirak ünsiyyət çevrənizə "təzə qan" qata bilər.

İstənilən söhbətdə və ya təmasda uzunçuluğa yol verməyin.
İş yoldaşınız, tərəfdaşınız sizdən qayğı, problemlərinə diqqət gözləyir.
Axşam saatlarında dadlı təamları dadın.

Oxatan - sakit, sülhməramlı gündür. Astagəllik, tənbəllik, maraqlandığınız və xoşlandığınız nəsnələrə diqqət ayırmağa ehtiyac yarana bilər. İstirahət etmək istəyi çox güclü olacaq.

Ev işləri ilə məşğul olun.
Ehtiyac yaranarsa, böyük həcmdə işi başa vurun. Təfərrüatlara, xırdalıqlara önəm verin, planlarınızda yeniliklər edin. Yaxın ətrafınızdakı insanlardan birinin diqqəti önəmlidir.

Ehtiyac duyduğunuz yardımı alacaqsınız.

Oğlaq - bu gün kimsə sizə təzyiq etməyəcək. Fikiri cəmləşdirmək, diqqətli olmaq, günün tələbləri və problemlərldən asılı olaraq ciddi işə başlamaq mümkündür.

Təxirsalınmaz işlə məşğul olmayın. Görüş təşkil edin, xoş ünsiyyətdə olun, plan və xəbərləri bölüşün.
Dostlarla təmaslar, yazışma informativ baxımdan faydalıdır. Söhbəti sizə gərəkli məcraya yönəldin, yardım və dəstək alın.

Romantik maraqlar üçün gün əlverişlidir.

Dolça - sakit, rəvan iş, sadə əməllər, qonaq qəbul etmək üçün əlverişli gündür. Yaxın ətrafınıza göstərdiyiniz diqqət önəmlidir və cavabsız qalmayacaq.

İş yerində, evdə səliqə yaradın. Alış-veriş edin, simic olmayın.
Çoxdan bəri həsrətində olduğunuz təəssüratları yaşaya bilərsiniz.

Həyatınızda yeni stimul peyda olaraq sizi mühüm mövzuya diqqət yetirməyə vadar edəcək.

Balıqlar - rəqabət, mübarizə aparmaq, aktiv işlə məşğul olmaq üçün düşərli gündür. Hadisələrin əksəriyyətinin zəmini əvvəlki günlərdədir. Yenilik düşünüb onu reallaşdırmağa çalışmayın.

Ay və Buğanın münasibətləri fiziki iş, dadlı nahar, məhdud çevrədə görüş vəd edir.
Maraqlı diskussiya və fikir mübadiləsi nəticəsində rəylər üst-üstə düşə bilər.

Fəaliyyət və görüləcək işlərin müəyyənləşdirilməsi üçün yaxşı gündür.

İstirahət və ya əyləncə məkanı, vasitəsi seçmək olar.

Milli.Az