Artıq dörd ildir ki, türk qadın Gülsüm Kabadayı 2008-ci ildə avtomobilin altına düşərək şikəst olmuş rus oğlana qulluq edir.
Rus gənc yatağa məhkum qalıb, danışa bilmir, eşitdiklərindən də çox az kəlmələri anlayır.
Həkimlər dəfələrlə cərrahiyyə əməliyyatı keçirərək onun vücudunu, demək olar ki, yenidən "yığıblar".
Dəhşətli qəza rus gəncin sağlamlığı ilə yanaşı, onun keçmişini də əlindən alıb.
O gəncin adını indi də kimsə bilmir.
Gülsüm ana xəstəxanada baldızına qulluq edirdi. Elə həmin günlərdə xəstəxanaya ağır yaralanmış, qəza keçirmiş rus gənci gətirdilər.
Gülsüm ana Akdeniz Universitetinin xəstəxanasında rus gəncə bir il qulluq etdi, sonra isə evinə apardı.
Türkiyənin rəsmi dövlət qurumları Gülsüm anaya yardım etdilər, ad və soyadı bilinməyən rus gəncə Ümil adı verdilər.
Gülsüm ana gəncin rus olduğuna şübhə etmirdi.
O, Kristina adlı rus qızdan Ümidlə rus dilində danışmağı xahiş etdi.
Rus dilində kəlmələri eşidəndə isə Ümid ağladı, onun gözlərindən yaş gəldi.
Rusiyanın ən populyar teleproqramlarından biri olan "Pust qovoryat"ın ötən buraxılışı Gülüsüm anaya həsr olundu və studiyadakı qonaqlarla yanaşı, aparıcı Andrey Malaxov da türk ananın sonsuz müdriklik, məhəbbətindən təsirlənərək onun əlini öpdülər.
Türkiyənin Antalya şəhərində yaşayan Gülsüm Kabadayının oğlu kimi baxdığı rus gəncə Mustafa Öz ad və soyadı ilə pasport verilib.
Nina Serebrennikova da Gülsüm ana və onun oğlu kimi baxdığı rus gənc barəsində bir saatlıq sənədli film çəkib.
Proqramın aparıcısı Andrey Malaxov studiyada Gülsüm anadan soruşub: "Rusiya və Türkiyə arasındakı münasibətlərə verdiyi töhfəni nə siyasətçilər, nə də bir kimsə edə bilməz. Artıq dörd ildir hər gün rus gəncə qulluq edirsiniz, oğlunuz kimi baxırsınız. Bu qədər gücü, qüvvəni haradan alırsınız?".
Gülsüm Kabadayının cavabı belə olub: "Allahımdan, dövlətimdən, həkimlər və bütün türk analardan dəstək, güc, qüvvə alıram. Allahıma, dövlətimə güvənirəm".
Bu sözləri eşidən Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov ayağa duraraq Gülsüm anaya yaxınlaşıb, onun qarşısında diz çökərək əlini öpüb.
Video
Milli.Az