Ümummilli Lider Heydər Əliyevin portretinin təqdimatı olub
7.5.2018

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Ulu Öndərin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.

Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov tədbirdə çıxışı zamanı deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri çox böyükdür:

"Xalqımız hər zaman Heydər Əliyevin xatirəsini uca tutur, hər an onu xatırlayır. Əlbəttə, bu gün ölkəmizin hər bir yerində Ulu Öndərin nişanələri görünür. Biz Ümummilli Lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır".

Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyev çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Sonra sənətkarlıq üzrə fəlsəfə doktoru Sevil Kərimova təqdim olunan portretin rəssam S.Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb.

Rəssam S.Məmmədov hazırladığı əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

trend.az