İtaliyanın ən məşhur aktrisalarından biri Monika Beluççi və onun fransız əri Vinsen Kassel Fransanı tərk etməyə hazırlaşırlar.
Vogue Brasil bildirir ki, Monika ilə Vinsen Braziliyanın Rio-de-Janeyro şəhərində məskunlaşmağa qərar veriblər.
Onlar uşaqları böyüyənədək Braziliyada qalacaqlar.
Fransa mediası hesab edir ki, Monika Beluççi və Vinsen Kasselin Parisi tərk edərək Rio-de-Janeyroya üz tutmalarının səbəbi Fransada varlılara tətbiq edilən gəlir vergisindən çox narazı olmalarıdır.
Monika Beluççi 18 yaşı olanda ilk dəfə Braziliyaya getdiyini və ölkəyə vurulduğunu deyib: "Qızım Deva portuqal dilində yaxşı danışır. Elə qızımıza görə Rionu seçdik. Amma mən tez-tez Avropaya gələcəyəm".
Bu arada Fransanın sabiq prezidenti Nikolya Sarkozinin də Parisi tərk edərək Londonda yaşamağa başlayacağı deyilir.
Milli.Az