İçərişəhərdə UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunmuş sərgi açılacaq
7.5.2018

Mayın 8-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunmuş sərgi açılacaq.

Qoruq İdarəsindən bildirilib ki, sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi maddi və mənəvi irsi əks etdirən mövzularda, özünəməxsus tərzdə yaratdıqları əsərlər nümayiş olunacaq.

Sərginin keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizin təbliği, tarixi mədəni zənginliyimizin qorunmasıdır.

Qeyd edək ki, sərgi mayın 12-dək davam edəcək.

Sərgiyə informasiya dəstəyi verənlər arasında AZƏRTAC da var.


azertag.az