"Gənclik Mall" Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında ümummillli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Professional” qısametrajlı sənədli filmi nümayiş etdiriləcək.
Heydər Əliyevə həsr olunan sayca səkkizinci sənədli film olan “Professional” ulu öndərin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunub.
Bu hissədəki hadisələr 1949-1969-cu illəri əhatə edir. Filmdə tamaşaçı auditoriyasına məlum olmayan çoxlu fakt göstərilir.
Film mayın 10-da saat 11:30-da nümayiş olunacaq. Giriş sərbəstdir.
report.az