Xalq artisti Aygün Kazımova duet ortağı Snup Doqun villasında klip çəkdirəcək. Dünya layihəsi ilə Hollivudda tanınmaq istəyən azərbaycanlı müğənni Türkiyənin "Show" kanalına açıqlamasında belə deyib.
Telekanal Aygün Kazımovanın dünya layihəsinə 4 dəqiqədən artıq vaxt ayırıb. Reportajda xalq artistinin Türkiyə şou-biznesinə qatılmasından və dünya layihəsindən danışılıb.
Xalq artisti Snup Doqla duet oxuduqları mahnının ritmik, R&B janrında olduğunu açıqlayıb və mahnının "Gangnam-style"dən sonra dünyada hit olacağına inandığını deyib. Mahnıya çəkiləcək klipin çəkilişləri Snup Doqun Los-Ancelesdəki şəxsi villasında aparılacaq. Çəkilişlərə fevral ayının 15-dən sonra başlanılacaq.
VIDEO
ANS PRESS