Rusiya prezidentinin idarə rəhbəri Azərbaycana səfər edəcək
8.5.2018

Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri Vladimir Çernov bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfərin məqsədi mayın 10-da Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışında iştirak etməkdir.

Rusiyanın nümayəndə heyətinə həmçinin Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov da daxil olacaq.

"Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisi mayın 10-da Heydər Əliyev Mərkəzində açılacaq. Tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən təşkil olunub.

report.az