Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından təşkil olunmuş komanda yanvarın 26-27-də İtaliyada keçiriləcək buzadırmanma üzrə dünya kuboku yarışlarında iştirak edəcəkdir.
Idmançılarımız keçən ildən başlayaraq buzadırmanma üzrə dünya kuboku yarışlarında iştirak edirlər.
Qeyd edək ki, yanvarın 18-19-da beş idmançımız İsveçrənin Saas-Fee şəhərində keçirilən buzadırmanma üzrə dünya kuboku yarışlarının ikinci mərhələsində iştirak etmişdir. Buzadırmanma üzrə dünya kuboku yarışlarının ikinci mərhələsində Cənubi Qafqazdan səkkiz idmançı iştirak etmişdir. Mürəkkəblik mərhələsi üzrə keçirilən yarışda idmançımız Renat Rəhimxanov Cənubi Qafqazdan olan idmançılar arasında ən yaxşı nəticə göstərmişdir. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstərmişlər.
AzərTAc