Bakıda hava soyuyacaq
24.1.2013

Bakıda havanın temperaturu ötən günlərə nisbətən bir qədər aşağı düşəcək.Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı, bəzi yerlərdə 20 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ANS PRESS