Dövlət İmtahan Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib
10.5.2018

Mayın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbirdən öncə DİM-in kollektivi Mərkəzin binasında yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, onun dövlətimizə, xalqımıza, təhsilimizə olan diqqət və qayğısından, mühüm xidmətlərindən danışıb. Sədrin müavini qeyd edib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, mədəni və elmi həyatının bütün sahələrində əsaslı dönüş məhz ulu öndərin ‎adı ilə əlaqədardır. Heydər Əliyevin siyasi kursu Azərbaycanı daim irəliyə aparır.

Daha sonra tədbirdə Ulu Öndərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (Dövlət İmtahan Mərkəzinin) fəaliyyəti ilə əlaqədar müxtəlif illərdə səsləndirdiyi fikir və tövsiyələrinə aid film nümayiş etdirilib.

Tədbirdə çıxış edən kollektivin digər üzvləri də Ümummilli Liderimizin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən geniş söz açıblar.


trend