Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbir
11.5.2018

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq milli incəsənətimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.

Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Ülkər Talıbzadə “Heydər Əliyev və musiqi incəsənəti”, elmi işçi Elminaz Məmmədli “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzularında məruzələrlə çıxış ediblər. Onların çıxışları mövzu üzrə slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının, Milli Konservatoriyanın tələbələrinin ifalarında Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət konsert proqramı təqdim olunub.


azertag.az