Azərbaycanın İordaniyadakı səfiri Əmman-Bakı birbaşa reyslərin bərpa olunacağına ümid edir
14.5.2018

"Azərbaycanla İordaniya arasında güclü qardaşlıq münasibətləri var".

Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar verdiyi bəyanatında deyilir.

Səfir iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd edərək fevral ayında Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclasının çağırılmasını, eləcə də turizm sahəsində əhəmiyyətli tərəqqinin əldə olunmasını xatırladıb və özəl sektor səviyyəsində əlaqələri gücləndirilməsinin zəruri olduğunu bildirib.

O, həmçinin hazırda 2008-ci ildə dayandırılmış İordaniya və Azərbaycan arasında birbaşa hava əlaqəsinin bərpa edilməsi üzrə işlərin aparıldığını vurğulayıb və ən qısa zamanda bunun reallaşacağına ümidvar olduğunu söyləyib.

report.az