Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub
14.5.2018

Azərbaycan karateçisi Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub.

33 yaşlı idmançı Serbiyanın Novi Sad şəhərində keçirilən qitə çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, Ağayev beşqat dünya çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibidir.

report.az