Ürəyimizi sağlam edən 11 faydalı məhsul
14.5.2018

Bu çox vacib sualdır. Bəzi məhsullar var ki, onlar ürək və damarların sağlamlığını qoruyur, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Belə məhsulların qidalanmaya tez-tez daxil olunması ürək və damarlarınızı sağlam və cavan saxlamağa kömək edəcək.

Ürək və damarlar üçün ən faydalı məhsulların siyahısını təqdim edirik.

1. Zeytun yağı

Zeytun yağı ürək üşün ən faydalı yağ sayılır. Lakin söhbət hər yağdan deyil, soyuq sıxılma üsulu ilə hazırlanmış "ekstra virgin" zeytun yağından gedir.

2. Balıq

Yağlı dəniz balığı infarkt və insultun riskini azaldır.

3. Qoz, badam

Arginin maddəsi ilə zəngin olan qoz və badam damarları qoruyur, ürək tutması riskini 50 % qədər azaldır.

4. Pomidor

Pomidorun tərkibində ürək-damar sistemi üçün çox faydalı olan likopin maddəsi var. Bu maddə damarların sağlamlığını qoruyur, damarlarda iltihabı azaldır, damarlarda xolesterinin yığılmasının qarşısını alır. Nəzərə alın ki, termik emaldan sonra pomidorlarda likopinin miqdarın bir neçə dəfə çoxalır.

5. Ərik qurusu

Ərik qurusu kaliumla zəngindir. Kalium ürək əzələsinin normal fəaliyyəti üçün ən vacib maddədir. Kalium orqanizmdən artıq mayeni xaric edir, təzyiqi normallaşdırır.

6. Tünd şokolad

Tünd şokoladın tərkibində olan flavonoidlər damarları genişləndirir, arterial təzyiqi normallaşdırmağa kömək edir.

7. Üzüm, kişmiş

Resveratrolla zəngin olan üzüm ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, damarları qoruyur, təzyiqi aşağı salır.

8. Sarımsaq

Sarımsağın tərkibində allilin var. Sarımsaq əziləndə, bu maddə allisinə çevrilir. Allisin ürək və damarların sağlamlığını qoruyan unikal maddədir. Allisin damarları təmizləyir, daha sağlam edir, damarlarda trombların əmələ gəlməsinin və damar tıxanmasının riskini azaldır.

9. İspanaq

Bu göyərti ürəyin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırmağa kömək edir.

10. Lobya, mərci

Damarların sağlamlığını qoruyur, onları daha elastik edir, damarlarda iltihabı azaldır və bununla da ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun inkişafı riskini azaldır.

11. Qırmızı alma

Çoxsaylı araşdırmalar sübut edib ki, hər gün alma (xüsusilə qırmızı alma) yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski azalır.

Almanın tərkibində olan xüsusi maddə flavonoid "kversetin" damarları xolesterindən təmizləyir, onların bərkiməsinin qarşısını alır, elastikliyini qoruyur.


Saglamolun.Az