Dünyanın ən böyük sualtı heykəl muzeyi Meksikada inşa edilmişdir. Dənizin altına endirilən heykəllər həm estetik baxımdan həm də turizmə yenilik baxımından böyük marağa səbəb olmuşdur. Heykəllər sualtı aləmə ziyan vurmamaq üçün xüsusi texnika ilə dənizin dibinə yerləşdirilmişdir. Mujeres adlı adanın sahillərində yerləşən muzey üçün 400 heykəl hazırlanıb.
Qeyd edək ki, layihə üçün 350 min dollar pul xərclənib. Sualtı muzeyin yaradılmasında məqsəd ölkəyə daha çox turist cəlb etməkdir.