Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə yeni təlimlər təşkil olunacaq
15.5.2018

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi (İB) “Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili” layihəsinin icrasına start verib.

İB-dən bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda icra olunacaq.

Layihə çərçivəsində qədim xalçaçılıq sənətinin unudulmaması və gələcək nəsillərə ötürülməsi məqsədilə xanımlar arasında təbliğ ediləcək, xalça toxuma təlimləri təşkil olunacaq, xanımların peşə sahibi, peşəyə yiyələnməsi və gəlir əldə etmələri məqsədilə təlimlərə cəlb ediləcək.

Quba rayonunda təşkil ediləcək təlimlərdə iştirakçılara qədim tarixi olan Quba xalçalarının nümayiş etdirilməsi nəzərdə tutulub.


azertag.az