Xalça Muzeyi “Öz ilməni toxu” adlı interaktiv instalyasiya hazırlayıb
15.5.2018

Mayın 18-də ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd olunacaq. Builki mövzu Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən “Hiper kommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriya” mövzusu elan olunub.

Xalça Muzeyindən bildirilib ki, bu istiqamətdə muzey "Öz ilməni toxu" adlı interaktiv instalyasiya hazırlayıb. Belə ki, muzeyin foyesində "zili" xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb. Çərçivələrdə rəngli iplik kələflər bərkidilib. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası toxunan xovsuz xalça üçün toxuya bilər. Muzeyin işçiləri hər zaman köməyə gəlməyə və "zili" tipli xalçaların toxunma texnikasını əyani olaraq nümayiş etdirməyə hazırdır. Beləliklə, bu instalyasiya yalnız daim dəyişən sənət obyekti deyil, çox geniş auditoriya üçün nəzərdə tutulmuş ustad dərsi üçün bir alətdir.

Muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikovanın sözlərinə görə, Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. "Zili" - onlardan biridir və ən qədim xalça növlərinə aiddir: “Ziyarətçilərə xalçaçılığı bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində tədris etmək Azərbaycanın muzey sahəsində atılmış bu cür ilk interaktiv təcrübədir. "Öz ilməni toxu" adlı instalyasiya qonaqları yalnız bir tamaşaçı kimi deyil, həm də digər çox sayda ziyarətçilərin də müəlliflik etdiyi xalça toxuma prosesində özlərini iştirakçı kimi hiss etməyə kömək edir. Həm də maraqlıdır ki, hazır eskizdən fərqli olaraq, işin nəticəsi burada gözlənilməzdir - bu, bir çox insanların təxəyyülündən asılıdır”.

Beləliklə, bu layihədə iştirak edərək hər bir qonaq unudulmaz təəssüratlarla yanaşı, həm də gələcəkdə məşğul ola biləcəyi bir hobbinin əsasını təşkil edəcək yeni bacarıqlar qazanacaq.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Gününün məqsədi


azertag.az