Bakıda Edvard Körtisin fotosərgisi açılıb
17.5.2018

Bakıda Edvard Körtisin 52 əsərindən ibarət “Çərçivədən kənar mənsubiyyət” adlı fotosərgisi açılıb.

Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Xalça Muzeyində keçirilir.

Sərgi mayın 22-dək davam edəcək.

Giriş sərbəstdir.

Qeyd edək ki, yerli amerikalılar və onların mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Şeriff Körtis Amerika mədəniyyəti tarixində unikal yer tutur. Yerli amerikalıların həyatını sənədləşdirmək həvəsinə düşən Körtis Sietldə uğur qazandığı öz foto studiyasını tərk edib və bütün həyatını bu layihəyə həsr edib. Edvard Körtis 1900-1930-cu illər arasında Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib.

report.az