Bu yaxınlarda rejissor İmam Həsənov tərəfindən təsis edilmiş müstəqil “Çıxış” teatrı artıq ikinci tamaşasının premyerasına hazırlaşır. Bu dəfə tamaşanın ssenari müəllifi və həm də quruluşçu rejissoru olduğu “Buffonada” komediya-dramı tamaşaçılara təqdim olunacaq. Tamaşanın premyerası mayın 19 və 20-də baş tutacaq.
Tamaşada Nyu-Yorkda teatr təhsili almış həmyerlimiz Kəmalə İsrafilova və almaniyalı gənc aktyor Aron Eichhorn iştirak edir. Tamaşanın rəssamı Şahnaz Ağayeva, xoreoqraf isə Elnur İsmayılovdur.
Premyeradan sonra isə teatr mayın 21-dən 26-dək Gürcüstanın Kutaisi şəhərində keçirilən “Theatrical İmereti” Beynəlxalq Festivalında bu tamaşa ilə çıxış edəcək. Festivalda ölkəmizlə yanaşı, Polşa, Litva, Latviya, Ukrayna, Türkiyə, İran və digər ölkələr iştirak edəcək.
“Buffonada” tamaşası evsiz-eşiksiz, qayğı və sevgiyə böyük ehtiyac duyan iki klounun sevgi macərasından bəhs edir.
azertag.az