Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 502 milyon 826 min ABŞ dolları, Türkiyə ilə 884 milyon 498 min ABŞ dolları, Rusiya ilə isə 684 milyon 367 min ABŞ dolları dəyərində olub.
Yanvar-aprel aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 398 milyon 631 min ABŞ dolları, İsrailə 518 milyon 76 min ABŞ dolları, Türkiyəyə isə 416 milyon 331 min ABŞ dolları dəyərindədir.
azertag.az