Rəqqasə Fatimə yeni klipini təqdim edib.
Rəqqasə “Sabah” instrumental ansamblının səsləndirdiyi, “Bəxtiyar” filmindəki musiqiyə rejissor Nail Naiboğlu vasitəsilə ekran həyatı verib.
Rəqqasə deyib ki, bir neçə müddət idi ki, bu layihə üzərində iş gedirdi.
Yeni klip artıq YouTube kanalında yayımlanmaqdadır. Klipdə xınayaxdı mərasimi əks olunur.
Burada bəy obrazını isə rəqqas İlham Kərimli canlandırıb. Klipdə istifadə olunan milli geyimlər dekorasiyalar və dizaynlar rəqqasənin özünə məxsusdur.
Gun.az