İtaliya şirkəti öz məhsullarını Azərbaycanda istehsal etmək üçün sahibkarlara müraciət edib
17.5.2018

İtaliya şirkəti öz məhsullarını Azərbaycanda istehsal etmək üçün sahibkarlara müraciət edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, İtaliyanın “SIAD” şirkətlər qrupu Çexiyadakı nümayəndəliyi vasitəsilə öz məhsullarının satışı (texniki qazlar və qaz kompressorları) və Azərbaycanda istehsalın birgə təşkil edilməsi məqsədilə 30 milyon avro sərmayə yatırılmasını, Avropa texnologiyasının ölkəmizə transferini, rəqabət qabiliyyətli Avropa sertifikatına malik məhsul istehsalını, eləcə də yeni iş yerlərinin yaradılmasını təklif edir.

Şirkət və şirkətin istehsal etdiyi məhsullar haqqında ətraflı məlumatları “www.siad.com” saytından əldə etmək mümkündür.


azertag.az