Quranda dəfələrlə adı çəkilən, Ramazan ayının rəmzi xurmanın faydalı xüsusiyyətləri olduqca çoxdur.
Xurma bütün orqanizmə müsbət təsir edir, insana güc verir, əhvalını yaxşılaşdırır, orqanizmin tonusunu qaldırır.
Saytımızda xurmanın faydaları ilə bağlı çoxlu məlumat tapa bilərsiniz. Bu yazıda Saglamolun.az xurmanın faydası ilə bağlı bəzi az bilinən faktları təqdim edir.
1. Gün ərzində böyüklər 5-7, uşaqlar isə 1-2 iri xurma yeyə bilər. Bundan artıq yox.
2. Bəzi insanlar xurmanı yedikdən əvvəl onun qabığını soyur. Bu səhvdir. Xurmanın qabığında bir çox faydalı maddələr var.
3. Xurma hamilə qadınlar üçün xüsusilə faydalıdır. Doğuş zamanı xurma yemək doğuşu asanlaşdırır. Doğuşdan dərhal sonra bir neçə xurma yeyən qadının vəziyyəti tez yaxşılaşır və südün ifrazı artır.
4. Şərq təbabətində xurmanın tumu müalicəvi vasitə kimi istifadə olunurdu. Tumu qaynadıb böyrək xəstəliklərindən əziyyət çəkənlərə verirdilər. Həmçinin xurma tumunu üyüdüb xora və yaraların üzərinə səpirdilər ki, yaralar iltihablaşmasın və tez bağlansın.
5. Xurma güclü afrodiziakdir - cinsi meyli artırır, cinsi zəifliyi zamanı faydalıdır.
6. Xurma ürək üçün ən faydalı məhsullardan biri sayılır.
7. Xurma xərçəng xəstəliklərinin inkişafından qoruyur.
saglamolun.az