Mixəyin faydaları haqqında məlumat veririk:
1. Mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. Bundan əlavə güclü xərçəng əleyhinə təsirə malikdir.
2. Spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
3. Güclü iltihab əleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
4. Eyni zamanda, effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən qoruya bilərsiniz.
5. Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Çünki o, ağız boşluğunda mikrobları öldürür, nəfəsi təravətləndirir.
6. Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.
saglamolun.az