Sent-Luisdə dairəvi sistem üzrə “Summer Chess Classic 2018” beynəlxalq turniri keçirilir. İki dairədən ibarət turnirin hər dairəsində on qrossmeyster mübarizə aparır.
Iştirakçıların sırasında Azərbaycan qrossmeysteri Vasif Durarbəyli də var.
“Summer Chess Classic 2018”in üç turundan sonra “A” turnirində Vasif Durarbəyli (Azərbaycan) və Varujan Akobian (ABŞ) liderlik edir. Onların hər biri 3 xal toplayıb. Samuel Sevian (Sent-Luis) onlardan 0,5 xal geri qalır. “B” turnirində ən yaxşı nəticəni 2,5 xal toplamış Kamil Draqun (Polşa) göstərib. Cəmil Can Əli Mərəndi (Türkiyə), Andrey Stukopin (Rusiya) və Alexandro Ramires (ABŞ) ondan 0,5 xal geri qalır.
azertag.az