İsveçrənin paytaxtı Cenevrədə Əməkdar Artist, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.
Üç gün davam edən müsabiqədə qaliblər üç yaş kateqoriyası üzrə müəyyənləşdirilib.
Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə həmyerlimiz Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin birinci yerə, yaponiyalı Yanq Şiven isə ikinci yerə sahib olub. Bundan əlavə, həmyerlilərimiz Nərminə İsmayılova və Ramazan Hüseynov da müsabiqənin diplomuna layiq görülüblər.
Müsabiqə çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı da təqdim olunub.
Qeyd edək ki, iki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə müsabiqədə 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2 min 150 pianoçu iştirak edib. Sözügedən müsabiqə dünyanın ən yaxşı iyirmi müsabiqəsi ilə bir sırada dayanır.
azertag.az