Azərbaycan və Rusiyanın Altay diyarı turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib
21.5.2018

Azərbaycanın Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Altay diyarına səfər edib.

Rusiya KİV-inə istinadən xəbər verilir ki, səfər zamanı diyar hökuməti ilə Azərbaycan nümayəndə heyəti turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib.

Yaxın zamanlarda Azərbaycan nümayəndələri regional turizm sərgilərində iştirak edəcəklər. Agentlik artıq indidən Altay diyarının turoperatorları ilə əlaqələr yaradır.

Həmçinin qeyd edilir ki, altaylı turistləri Xəzər dənizinin sahilində və Azərbaycanın mədəni-tarixi yerlərində istirahət etmək imkanı maraqlandıra bilər.


report.az