Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
21.5.2018

Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı (“Baku Shopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Palatadan verilən məlumata görə, belə ki, may ayının 31-dək davam edəcək festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər palataya müraciət edə bilərlər: koordinator: Vüsal Həsənov E mail: vusal.hasanov@fimsa.az Tel: (+994) 12 493 50-58 (daxili 429 Mobil: (+994) 55 294 00-05

Palatadan bildirilib ki, bu günə qədər banklarla bağlı bu quruma heç bir şikayət daxil olmayıb. Müraciətlər yalnız əlavə dəyər vergisinin geri alınması ilə bağlı suallardan ibarətdir ki, bu suallar da qaynar xətt vasitəsilə dərhal cavablandırılıb.


azertag.az