Tanınmış Hollivud aktrisası Sandra Ballok əbədiləşdirilib. Söhbət aktrisanın mum heykəlindən gedir. Belə ki, artıq Madam Tüssonun mum heykəllər muzeyində Sandra Ballokun da heykəli var.
Aktrisanın heykəli muzeyin ABŞ-ın Las-Veqas şəhərindəki filialına qoyulub. Burada mumdan Sandra Ballok Bred Pit və Ancelina Coli cütlüyünün, Castin Timberleykin və Ben Afflekin mum heykəlləri ilə qonşu olacaq.
"Oskar" mükafatlı 48 yaşlı aktrisa qırmızı paltarda, qara ayaqqabılarda və əlində qızılı əl çantası ilə təsvir edilib.
ANS PRESS