“Bakı Dairəvi -1” və Bakı-Quba yolunda təmir işləri ilə bağlı hərəkət məhdudlaşdırılır
21.5.2018

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə “Bakı Dairəvi-1” avtomobil yolunun 0-14-cü kilometrində, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16-cı kilometrində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


azertag.az