Cənubi Afrikanın Limpopo əyalətində yerli fermadan 15 min timsah qaçıb.
Buna səbəb leysan yağışları olub.
“Rakwena” fermasının sahibləri mal-qaranın suda batması üçün onları açmalı olublar. Ərazidə olan timsahlar isə bundan istifadə ediblər. Bir neçə min timsah tutularaq sahiblərinə geri qaytarılıb. Timsahlardan birini fermadan 120 km uzaqlıqda olan reqbi üçün nəzərdə tutulan məktəb stadionunda tapıblar.
Ancaq fermadan qaçan timsahların yarısı hələ də azadlıqdadırlar.
Qeyd edək ki, Limpopodan olan leysan yağışları nəticəsində 10 adam həyatını itirib, xeyli adam isə evsiz qalıb.
Gün.Az