"Çimərliklər iyun ayının 15-dən istifadəyə veriləcək".
Bunu Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov mətbuat konfransında deyib.
O xatırladıb ki, çimərliklərdə monitorinqlərin aparılmasında məqsəd çimərlik mövsümünün başlanması ilə əlaqədardır: "Monitorinqlərin nəticələri bütün müvafiq, icraedici qurumlara göndərilib. Bir şəxsin hər hansı xəstəliyə yoluxması hamımız üçün təhlükədir, bu məsələyə nəzarət etmək lazımdır".
report.az