Dünyanın ən böyük “üzən tava”sı
25.1.2013

Cənubi Amerikanın Amazon çayı üzərində Viktoriya Reqiya adlı dünyanın ən böyük şanagülləsi (suda bitən çiçəkli bitki) yetişməkdədir.

Bu kənarları yuxarı bükülən dairəvi yarpaqların diametri 3 metrə çatır.

Bitkinin ömrü beş ilədək davam edir.

“İldə bir dəfə yayın ortalarında çiçək açır. Gül bir gün qalır, gecə bağlanır. Hər gün bir cür ətir saçır: birinci gün ərik, ikinci gün siren…”, - deyə 43 yaşlı kolumbiyalı bioloq Martin Qabella bildirib.

O, Amazon florasının tədqiqi ilə məşğul olur.

Hindilər bu bitkini “apona”, yəni “üzən tava” adlandırırlar. Uşaqlar onun saplağını kəsərək üzərinə minir və Amazon çayında üzməyə başlayırlar. Yarpaqlar təqribən 15 kq-dək çəkiyə davam gətirə bilir.

Gün.Az