Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında minimal tələbləri ödəyən bakalavrlar iyunun 7-dən 10-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməlidirlər. Onlar, həmçinin iyunun 12-dən 14-dək AMEA-da təşkil olunacaq müsahibədə müvəffəqiyyət qazanmalıdırlar.
DİM-dən bildirilib ki, AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının dördüncü nömrəsində yerləşdirilib.
azertag.az