Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib.
Əlyazmalar İnstitutundan bildirilib ki, şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib. Həcmi səkkiz min beytdən artıq olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.
Qeyd edək ki, Tacəddin İbrahim Əhmədi osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.
azertag.az