Yüksək texnologiyanın nailiyyətlərindən, deyəsən, yalnız insanlar istifadə etmir. Belə ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda zooparklardan birində oranqutanlar da artıq "iPad" məhsulundan istifadə edir.
Oranqutanlar touch-screen planşetlərlə bu yaxınlarda, zooparklar üçün layihə çərçivəsində tanış ediliblər. Meymunlar bu texnologiyadan musiqi dinləmək və rəngli şəkillər çəkmək üçün istifadə edirlər. Heyvan səsləri çıxaran tətbiqlər də oranqutanların xoşuna gəlib.
ANS PRESS