2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə, 8391 plan yeri ayrılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ayrılan 8391 plan yerindən 5858 yer Azərbaycan bölməsi, 866 yer rus bölməsi, qalan 1667 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən, 7 228 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.
report.az