ETSN plastik tullantıların təkrar istehsalı ilə bağlı təkliflər hazırlayacaq
8.6.2018

"Azərbaycanda plastik qablar və polietilen torbaların istehsalı var. Ancaq təəssüflər ki, bu məhsullar ölkəmizdə istehsal olunsa da, istifadə edildikdən sonra geri alınmır".

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

Onun sözlərinə görə, Azərbaycanda plastik tullantıların geri alınması, yenidən istehsalı mexanizmi qurulmayıb: "Plastik qablar və torbalar təkrar istehsal olunmadığından onların sayı durmadan artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlə əlaqədar yaxın gələcəkdə təkliflər hazırlayacaq".


report.az