Tanınmış şair Qardaşxan Əzizxanlının altmış illiyində seçmə şeirlərindən ibarət “İlkim də sən, indim də sən, sonum sən” adlı kitabı nəşr edilib.
Müəllifin “Gözlə qaş arasında”, “Otuz yeddini keçəndə”, “Ürəyin baxdığı yerdən” kitablarından seçmələrin toplandığı, 1000 nüsxə tirajla çapdan çıxan bu poetik “Divan”da məhəbbət, Vətən, sənət, həyat və dünya haqqında şeirlər toplanıb. Fərqli bədii tərtibatı ilə diqqət çəkən poetik toplunun bir orijinallığı da onun oxucuya, eyni zamanda, məzmunca fərqlənməyən ikinci adla təqdim edilməsidir: “İlkimdəsən, indimdəsən, sonumsan”.
“Poliqlot” bölməsində Qardaşxanın ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr və onun alman şairləri Y.V.Höte və H.Haynedən tərcümələri yer alıb.
Kitabın redaktoru Əlizadə Nuri, rəssamı Elturan və Gilandır.
azertag.az