Brest Elektrotexnika Zavodu Azərbaycanda nümayəndəliyini yarada bilər
11.6.2018

“Brest Elektrotexnika Zavodu” ASC Azərbaycanda nümayəndəliyini yarada bilər.

Brest Elektrotexnika Zavodu dəmir yolu və metropoliten üçün avtomatlaşdırma, telemexanika və kommunikasiya avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşıb.

Bu sözləri XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinin iştirakçısı Belarusun Brest Elektrotexniki Zavodunun marketinq şöbəsinin müdiri Pavel Şkurday bildirib.

Onun sözlərinə görə, zavodda bütün avadanlıqlar Avropa standartlarına uyğun hazırlanır. Postsovet məkanında da zavodun məhsullarına həmişə tələbat olub. Məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilir.

Şöbə müdiri qeyd edib ki, təmsil etdiyi müəssisə Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni ilə avtomatlaşdırma sahəsində əməkdaşlıq edir. Sərgidə iştirak etmələrinin əsas məqsədlərindən biri də bu əlaqələri genişləndirməkdir. Hətta gələcəkdə tələbat olacağı təqdirdə Bakıda zavodun nümayəndəliyini də açmaq mümkündür.


azertag.az