İstanbulda ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
11.6.2018

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər Azərbaycan xalqının Ümummilli Liderinin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, SOCAR-Türkiyənin İdarə Heyətinin sədri Vaqif Əliyev, SOCAR-Türkiyənin icraçı direktoru Zaur Qəhrəmanov və digər rəsmi şəxslər Ulu Öndərimizin parkda ucalan heykəli önünə gül dəstələri düzüblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Azərbaycan nümayəndə heyəti SOCAR-Türkiyənin İstanbuldakı yeni ofisinin açılışında və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan mərasimdə iştirak edəcək.


azertag.az