Mərhum aktyor Yaşar Nurinin əziz xatirəsinə mahnı ithaf olunub.
Xalq artistinin ruhuna ithaf edilmiş “Kimlər gəldi, kimlər getdi” adlı mahnını bacısı oğlu, müğənni Rüfət Axundov oxuyub və klip çəkdirib.
Müğənni klipi dayısının ölümünün 40 gününə həsr edib.
Rejissor Nail Naiboğlunun ekran həyatı verdiyi klipdə görkəmli aktyorun uşaqlıq illərini əhatə edən fotolardan və filmlərdən kadrlardan istifadə edilib. Klipin girişində Yaşar Nurinin özünün ifası yer alıb.
http://gun.az