Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib
12.6.2018

Azərbaycanla Hindistan arasında müəyyən kateqoriyalı şəxslərin vizasız gediş-gəlişi barədə saziş təsdiq edilib.

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş təsdiq edilib.

trend.az