“Jara” MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib
12.6.2018

Rusiyanın TurStat analitik agentliyi MDB ölkələrinin bu ilin yayında açıq səma altında ən yaxşı festivallarının reytinqini təqdim edib.

Reytinqə əsasən, Minskdə (Belarus) “Rok za Bobrov”, Bakıda (Azərbaycan) “Jara” və Almatıda (Qazaxıstan) “FourЭ” festivalları MDB-də açıq səma altında keçirilən, rusiyalı turistlər arasında populyarlıq qazanmış musiqi festivallarının üçlüyünə daxildir.

Reytinq festivala baxmağa gedən tamaşaçıların sayına əsasən tərtib edilib.

Xatırladaq ki, III “Jara” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçiriləcək. Festivalda EMİN, Qriqori Leps, LOBODA, Leninqrad, A’Studio qrupları, Artik & Asti, Alekseev, Burito, Valeri Meladze, Yeqor Krid və başqaları çıxış edəcəklər. Ötən il “Jara”da 10 mindən çox tamaşaçı olub.


azertag.az