Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası
(UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə bu gün Bakıda Beynəlxalq Kukla
Teatrları Festivalı başlayır. Festivalla əlaqədar olaraq A. Şaiq adına
Kukla Teatrında mətbuat konfransı keçirilib.
Konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib
ki, Azərbaycanda ilk dəfədir ki, Avropa və Şərq ölkələrinin iştirakı ilə
beynəlxalq kukla teatrı festivalı keçirilir. “Azərbaycan Teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən
festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20
illiyinə həsr olunub. Tədbirlə əlaqədar olaraq Bakıya 16 ölkədən 155
qonaq gəlib. Festival çərçivəsində 22 tamaşa göstəriləcək.
Mətbuat konfransından sonra Kukla Teatrının həyətində festivalın təntənəli açılış mərasimi olub.
I Beynəlxalq Kukla Teatrları Festivalı noyabrın 6-da başa çatacaq.