Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.
Əmrə əsasən, “Son zəng” tədbirləri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.
Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirlərində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının dəvət olunması tövsiyə edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
azertag.az