Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib. Nümayəndə heyətinin iştirakı ilə Rustavi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Fuad Muradov Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə iştirak edib.
Görüşdə aşığın xatirəsi anılıb, onun məktəbinin davamçısı olan aşıqların çıxışları dinlənilib.
azertag.az