İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik: Birinci Dünya müharibəsindəki qələbədən böyük Rumıniya hökmdarlarının taclandırılmasına qədər” adlı fotosərgi açılacaq.
Sərgi Milli Kitabxananın əməkdaşlığı, Rumıniyanın ölkəmizdəki səfirliyi və İstanbuldakı “Dimitrie Kantemir” Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə reallaşacaq.
Sərgi iyulun 10-dək davam edəcək.
azertag.az