Musiqili Teatrda həftəsonu...
14.6.2018

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək.

Sənət ocağının mətbuat xidmətindən bildirilib ki, teatrsevərlər iyunun 15-də “Molla Nəsrəddinin beş arvadı”, iyunun 16-da “Hacı Qara”, iyunun 17-də isə “Talelər qovuşanda” tamaşalarına baxmaq imkanı qazanacaqlar. Tamaşalar axşam saat 19:00-da başlanacaq.

Teatr kollektivi iyunun 14-də saat 10:30-da “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində əməkdar artistlər Novruz Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Anton Ferştand, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Nadejda Povelitsina, Gülnarə Əzizova, Pərviz Məmmədov, Məhərrəm Qurbanov və başqaları çıxış edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.


azertag.az